SCADA və Elektrik İşləri

Xidmətlərimiz / SCADA və Elektrik İşləri

Hər bir sahədə avtomatlaşdırma işlərinin reallaşdığı muasir dünyamızda avtomatlaşdırma və izləmə sistemlərinə böyük ehtiyac var. Böyük zavod və fabriklər, qaz, elektrik, su kimi kommunal sistemlərdəki işlərin avtomatlaşdırılması çox vacibdir. Mühəndislik bilikləri tələb edən SCADA sistemləri bu işi tam mənası ilə həll edir. “Omicron” MMC olaraq sizə iş mexanizmlərinizi avotmatlaşdıraraq, muasir texnologiyalardan istifadə edərək işinizdəki situasiyalara uyğun qərarlar qəbul edən və böyük ekranlar vasitəsi ilə monitorinqini apara biləcəyiniz SCADA sistemini qura, sazlaya və təslim edə bilərik. Bu sistemin köməyi ilə bir çox işi tək düymə ilə yerinə yetirə, arxiv vasitəsi ilə keçmiş hadisələri analiz edə bilərsiniz.