2011-ci ildən İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində lider
olmaq məqsədi ilə yola çıxan “Omicron” MMC, gün keçdikcə sürətlə inkişaf etməkdədir.“Omicron”
MMC çox qısa müddətdə fəaliyyət göstərdiyi sahədə gətirdiyi innovativ və sürətli
həllərlə sektorda özünəməxsus yer tutmuşdur. Dövlət və özəl sektorda İT layihələrinin
yaradılmasında əhəmiyyətli mövqeyə sahibdir. “Omicron” MMC orta və iri təşkilatların
iş modellərinə asanlıqla inteqrasiya edilə bilən müasir modulyar həllər təqdim etməsi
də bu sahədə uğur əldə etməsində böyük rol oynamışdır. “Omicron” MMC bütün fəaliyyət
sahələrini əhatə edən İT ehtiyaclarını yüksək texnologiyanın tətbiqilə həll edir
və bu sahədə, xüsusilə böyük ölçülü məlumat sistemlərinin hazırlanmasına görə ölkəmizin
ən qabaqcıl şirkətlərindən biri olmaqdadır. “Omicron” MMC uzun müddət xaricdə çalışan
və xarici dövlətlərin universitetlərindən məzun olmuş yüksək ixtisaslı mütəxəssisləri
və iş təcrübəsilə axtarılan şirkəti halına gəlmişdir. Şirkət dövlət sektoruna İT
layihələrinin tətbiqi ilə yanaşı, maliyyə və telekomunikasiya sahəsində də İT tətbiqi
istiqamətində ciddi fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi müddət ərzində
Azərbaycanda ən böyük İT layihələrini həyata keçirməyə müvəffəq olmuşdur: Dünyanın
ən nüfuzlu müsabiqələrindən olan “Bentley” Beynəlxalq Layihə Müsabiqəsinin qalibi
olan “Yeraltı infrastrukturun idarə olunması-“Azərsu CİS” layihəsinin müvəffəqiyyətli
bir şəkildə hazırlanmasında özünə məxsus yeri olmuşdur.