ŞİRKƏTİMİZ



2011-ci ildən İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində lider olmaq məqsədi ilə yola çıxan “Omicron” MMC, gün keçdikcə sürətlə inkişaf etməkdədir.“Omicron” MMC çox qısa müddətdə fəaliyyət göstərdiyi sahədə gətirdiyi innovativ və sürətli həllərlə sektorda özünəməxsus yer tutmuşdur. Dövlət və özəl sektorda İT layihələrinin yaradılmasında əhəmiyyətli mövqeyə sahibdir. “Omicron” MMC orta və iri təşkilatların iş modellərinə asanlıqla inteqrasiya edilə bilən müasir modulyar həllər təqdim etməsi də bu sahədə uğur əldə etməsində böyük rol oynamışdır. “Omicron” MMC bütün fəaliyyət sahələrini əhatə edən İT ehtiyaclarını yüksək texnologiyanın tətbiqilə həll edir və bu sahədə, xüsusilə böyük ölçülü məlumat sistemlərinin hazırlanmasına görə ölkəmizin ən qabaqcıl şirkətlərindən biri olmaqdadır. “Omicron” MMC uzun müddət xaricdə çalışan və xarici dövlətlərin universitetlərindən məzun olmuş yüksək ixtisaslı mütəxəssisləri və iş təcrübəsilə axtarılan şirkəti halına gəlmişdir. Şirkət dövlət sektoruna İT layihələrinin tətbiqi ilə yanaşı, maliyyə və telekomunikasiya sahəsində də İT tətbiqi istiqamətində ciddi fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda ən böyük İT layihələrini həyata keçirməyə müvəffəq olmuşdur: Dünyanın ən nüfuzlu müsabiqələrindən olan “Bentley” Beynəlxalq Layihə Müsabiqəsinin qalibi olan “Yeraltı infrastrukturun idarə olunması-“Azərsu CİS” layihəsinin müvəffəqiyyətli bir şəkildə hazırlanmasında özünə məxsus yeri olmuşdur.